Zlatan İbrahimoviçin "Milan"da rəsmi təqdimatı 2020-ci ilin 3 yanvarında yerli vaxtla saat 10:00-da olacaq.
"Report"un məlumatına görə, bu barədə İtaliyanın "MilanNews.It" nəşri bildirib.
Qeyd edilir ki, İtalyan klubu ilə hücumçunun razılaşması 2019/20 mövsümünün sonuna kimi nəzərdə tutulub. Razılaşmanın daha bir mövsüm də uzadılması mümkündür.
Yanvarın 2-də 38 yaşlı isveçli tibbi müayinədən keçmək üçün Milana gələcək.
Xatırladaq ki, İbrahimoviç "Milan"da 2010-cu ildən 2012-ci ilə qədər çıxış edib. Hücumçu "qırmızı-qaralar"la birlikdə İtaliya A seriyasının çempionu olub və İtaliyanın Superkubokunu qazanıb. O, klubda keçirdiyi 85 matçda 56 qol vurub.