"Milan" "Torino"ya minimal hesabla qalib gəldi

"Milan" "Torino"ya minimal hesabla qalib gəldi Milan İtaliya çempionatının 24-cü turunun matçında “Torino” ilə qarşılaşıb.
Futbol
18 Fevral , 2020 02:52
Milan Torinoya minimal hesabla qalib gəldi

"Milan" İtaliya çempionatının 24-cü turunun matçında “Torino” ilə qarşılaşıb.

“Report” xəbər verir ki, qarşılaşma Milanın "San Siro" stadionunda baş tutub və meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada yeganə qol birinci hissənin ortalarında vurulub. Matçın 25-ci dəqiqəsində Ante Rebiç fərqlənib.

Bu oyundan sonra "Milan" 35 xal yığaraq, İtaliya çempionatının yarış cədvəlində səkkizinci yerə yüksəlib. "Torino" 27 xalla turnir cədvəlində 14-cü yerdə qərarlaşmalı olub. Turnirin lideri 57 xalı olan "Yuventus"dur.

Son xəbərlər

Orphus sistemi