"Milan" "Sampdoriya"ya qalib gələ bilməyib

"Milan" "Sampdoriya"ya qalib gələ bilməyib İtaliyanın A seriyasının 18-ci turunun matçında Milan Sampdoriyanı qəbul edib.
Futbol
121
6 Yanvar , 2020 20:33
Milan Sampdoriyaya qalib gələ bilməyib

İtaliyanın A seriyasının 18-ci turunun matçında "Milan" "Sampdoriya"nı qəbul edib.

“Report”un məlumatına görə, qarşılaşma Milanın "San-Siro" stadionunda keçirilib və heç-heçə başa çatıb.

Matçın 55-ci dəqiqəsində "Milan”ın hücumçusu Kşiştof Pyontek meydanı tərk edib. Onun əvəzinə meydançaya isveçli hücumçu, komandaya yenicə qayıtmış Zlatan İbrahimoviç çıxıb.

Hazırda "Milan" 22 xalla A seriyasının yarış cədvəlində 12-ci yeri tutur. "Sampdoriya" (16 xal) 16-cı yerdə qərarlaşıb.

"Milan" növbəti turda "Kalyari”yə qarşı oynayacaq, "Sampdoriya" öz meydanında "Breşiya"nı sınağa çəkəcək.

Xatırladaq ki, İbrahimoviç "Milan"ın heyətində 2010-cu ildən 2012-ci ilə qədər çıxış edib. Hücumçu “qırmızı-qaralar”la birlikdə İtaliyanın A seriyasının çempionu olub və superkuboka yiyələnib.

Son xəbərlər

Orphus sistemi