"Milan" ölkə çempionatında qələbəsizlik seriyasına son qoyub - VİDEO

"Milan" ölkə çempionatında qələbəsizlik seriyasına son qoyub - VİDEO "Qırmızı-qaralar" "Krontone"ni məğlub ediblər
Futbol
6 Yanvar , 2018 23:42
Milan ölkə çempionatında qələbəsizlik seriyasına son qoyub - VİDEO

Bakı. 6 yanvar. REPORT.AZ/ "Milan" A Seriyasının 20-ci turunda öz meydanında "Krontone"ni məğlub etməklə üç oyunluq qələbəsizlik seriyasına son qoyub.

“Report” xəbər verir ki, görüş 1:0 hesabı ilə başa çatıb.

Qələbə qolunun müəllifi müdafiəçi Leonardo Bonuççi olub.

Cennaro Qattuzonun yetirmələri bu qələbə sayəsində xallarının sayını 28-ə çatdıraraq turnir cədvəlində 8-ci pilləyə yüksəliblər. "Krotone" 15 xal ilə 17-ci yerdə qalıb.

Paralel keçən qarşılaşmada "Cenoa" "Sassuolo"nu minimal hesabla məğlub edib - 1:0.

Son xəbərlər

Orphus sistemi