Milan Obradoviç: "Rəqib ikinci hissədə keyfiyyətini göstərdi"

Milan Obradoviç: "Rəqib ikinci hissədə keyfiyyətini göstərdi" "Rəqib bizdən üstün olduğu üçün qələbə qazandı. Futbolçular bu gün meydanda hər şeyi verdi. Məni məyus edən bəzi məqamlar var. Amma bu barədə danışmaq istəmirəm. Artıq Norveçlə növbəti oyunu fikirləşməliyik".
Futbol
12 Noyabr , 2021 22:36
Milan Obradoviç: Rəqib ikinci hissədə keyfiyyətini göstərdi

"Rəqib bizdən üstün olduğu üçün qələbə qazandı. Nə vaxt rəqibimizdən üstün oynasaq, qalib gələcəyik. Futbolçular bu gün meydanda hər şeyi verdi. Məni məyus edən bəzi məqamlar var. Amma bu barədə danışmaq istəmirəm. Artıq Norveçlə növbəti oyunu fikirləşməliyik".

"Report" xəbər verir ki, bu fikirləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç Bakıda Avstriyaya 0:3 hesabı ilə uduzduqları Avropa çempionatının seçmə oyunu barədə danışarkən deyib.

44 yaşlı mütəxəssisin sözlərinə görə, komanda ilk yarıda daha yaxşı oyun sərgiləyib: "Futbolçular meydanda əllərindən gələni etdilər, mən də onlara təşəkkürümü bildirdim. Qol epizodlarımız var idi. Sadəcə, konsentrasiya çatışmazlığı oldu. Son paslarda diqqətli olmalıyıq. İkinci hissədə əvəzetmələrlə nələrisə düzəltmək istədik, amma alınmadı".

Serbiyalı baş məşqçi birinci qoladək bərabər səviyyəli mübarizə izlədiklərini sözlərinə əlavə edib: "Əlimizə düşən şanslardan yararlanmalı idik. Rəqib ikinci yarıda öz keyfiyyətini göstərdi".

Obradoviç hakimlər haqqında danışmaq istəmədiyini vurğulayıb. O, referinin işindən məmnun qalmadığını, lakin hakimlərə görə uduzmadıqlarını da söyləyib. Baş məşqçi yığmaya yeni cəlb edilən Emil Mustafayevin yaxşı futbolçu olduğunu deyib.

Mütəxəssis nəticədən və topladıqları xallardan razı olmadığını bildirib: "Futbolçularımız gəncdir və onlar üçün hər şey irəlidədir. Baxaq görək komandamızdakı oyunçuların neçəsi Azərbaycan Premyer Liqasında oynayır? Bütün bunlara yığmanın baş məşqçisinin gözü ilə baxıram və hesab edirəm ki, bu çox deyil. Siz fərqli düşünə bilərsiniz. Hər kəsin öz fikri var. Artıq 3 ildir ki, buradayam və bu müddət ərzində 11 futbolçu əsas komandaya yüksəlib. Bu da bizim işimizin bir hissəsidir".

Son xəbərlər

Orphus sistemi