Milan Obradoviç: "Minimum bir xal qazanmağa layiq idik"

Milan Obradoviç: "Minimum bir xal qazanmağa layiq idik" “Təəssüf ki, qapımıza doğru ilk zərbə qolla nəticələndi. Demək olar ki, ilk hissədə oyun bizim nəzarətimizdə idi. Futbolçulardan və oynadığımız oyundan razıyam. Təbii ki, nəticə bizi qane etmir. Minimum bir xal qazanmağa layiq idik. Əvvəlki oyunla müqayis
Futbol
244
16 Noyabr , 2021 23:09
Milan Obradoviç: Minimum bir xal qazanmağa layiq idik

“Təəssüf ki, qapımıza doğru ilk zərbə qolla nəticələndi. Demək olar ki, ilk hissədə oyun bizim nəzarətimizdə idi".

"Report"un məlumatına görə, bu fikirləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç Bakıda Norveç yığmasına 1:2 hesabı ilə uduzduqları Avropa çempionatının seçmə matçından sonra mətbuat konfransında deyib.

44 yaşlı serbiyalı mütəxəssis futbolçulardan və sərgilənən oyundan razı qaldığını bildirib: "Təbii ki, nəticə bizi qane etmir. Minimum bir xal qazanmağa layiq idik. Əvvəlki oyunla müqayisədə əsas dəyişiklik oyuna nəzarətin öz əlimizdə olması idi. Təəssüf ki, çox tez qol buraxdıq. Bunların hamısı bizim üçün bir dərsdir".

Norveç seçməsinin baş məşqçisi Leyf Gunnar Smerud isə deyib ki, layiqli qələbə qazandıqlarını söyləyib: "Erkən qol bizim üçün yaxşı başlanğıc oldu. Qoldan sonra da yaxşı mübarizə apardıq və bir neçə fürsət yaxaladıq. Buna baxmayaraq, birinci hissədə ikinci qolu vurmaq mümkün olmadı. Oyunun gedişində tempi artıra bilmədik və Azərbaycan millisi nəzarəti ələ aldı. Etiraf edim ki, oyunçularımızın çoxu öz normal səviyyələrinə uyğun oynamadı. Hər şeyə rəğmən Norveç layiq olduğu qələbəni qazandı".

Son xəbərlər

Orphus sistemi