Milan Obradoviç: "Layiqli və haqq etdiyimiz qələbəni qazandıq"

Milan Obradoviç: "Layiqli və haqq etdiyimiz qələbəni qazandıq" "Hamını Novruz bayramı münasibətilə təbrik edirəm. Sumqayıtlı azarkeşlərə təşəkkür edirəm. Onlar bizi çox gözəl dəstəklədilər və bizə lazımi enerjini verdilər. Futbolçulara da afərin. Onların sayəsində layiqli və haqq etdiyimiz qələbəni qazandıq".
Futbol
25 Mart , 2022 21:14
Milan Obradoviç: Layiqli və haqq etdiyimiz qələbəni qazandıq

"Hamını Novruz bayramı münasibətilə təbrik edirəm. Sumqayıtlı azarkeşlərə təşəkkür edirəm. Onlar bizi çox gözəl dəstəklədilər və bizə lazımi enerjini verdilər. Futbolçulara da afərin. Onların sayəsində layiqli və haqq etdiyimiz qələbəni qazandıq".

"Report"un məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Milan Obradoviç Sumqayıtda Estoniya millisinə 3:0 hesabı ilə qalib gəldikləri Avropa çempionatının seçmə oyunundan sonra mətbuat konfransında deyib.

45 yaşlı mütəxəssis bildirib ki, rəqibi çox yaxşı analiz ediblər: "Estoniyadan bu oyunu gözləyirdik. Xüsusən, ilk hissədəki çıxışı. Səbr etməli və öz fürsətlərimizi gözləyərək, qol vurmalı idik. İlk qoldan sonra rahatlaşma olmamışdı. Fasilədə futbolçulara bu istiqamətdə tapşırıqlar vermişdik. Bilirdik ki, Estoniya uzun ötürmələr, standart vəziyyətlər və başla oyuna üstünlük verir. Əsası odur ki, çıxışımızda həyəcan yox idi və rəqibin belə oyununa hazır idik. Belə oyunlarda rəqibin açılması üçün daha tez qol vurmaq vacib idi".

Obradoviçin sözlərinə görə, qələbəni futbolçular haqq ediblər. Komanda uduzanda isə o, məsuliyyəti öz üzərinə götürdüyünü vurğulayıb: "Tənqidi qəbul edirəm. Bu, işimin bir hissəsidir. Futbolçularımın tənqid olunmalarını isə qəbul etmirəm. Çünki onlar əllərindən gələnin ən yaxşısını ortaya qoyurlar".

Baş məşqçi dubl edən Musa Qurbanlının hücumçu keyfiyyətlərinin çox olduğunu söyləyib: "3 il əvvəl bura gələndən o, mənimlə birgədir. Musa daim qol vurmağa çalışır. Çox pozitivdir, insan kimi yüksək keyfiyyətlərə malikdir".

Serbiyalı mütəxəssis Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə yaxşı münasibətlərinin olduğunu və UEFA Millətlər Liqasının seçmə tsiklində təcrübəlilərə də üstünlük vermək istəməsindən məlumatsız olduğunu bildirib: "Onunla tez-tez millini gücləndirə biləcək gəncləri müzakirə edirik. Bu sualı ona versəniz, daha yaxşı olar. Özümüzə gəldikdə, iyunda heyətimizi gücləndirə biləcək oyunçuları bir daha nəzərdən keçirəcək və qərarımızı verəcəyik".

Son xəbərlər

Orphus sistemi