​"Milan" klubu yeni baş məşqçisi rəsmən açıqlayıb

​"Milan" klubu yeni baş məşqçisi rəsmən açıqlayıb Tərəflər arasında 2 illik müqavilə imzalanıb
Futbol
29 İyun , 2016 11:17
​Milan klubu yeni baş məşqçisi rəsmən açıqlayıb

Bakı. 29 iyun. REPORT.AZ/ İtaliyanın "Milan" klubu komandaya rəhbərlik edəcək baş məşqçinin adını rəsmən açıqlayıb. "Report"un klub saytına istinadən verdiyi məlumata görə, "qırmızı-qaralar"ı Vinçentso Montella çalışdıracaq.

Tərəflər 2 illik müqaviləyə qol çəkib. Yerli mətbuatın iddiasına əsasən 42 yaşlı mütəxəssis "Milan"da ilinə 2,3 milyon avro qazanacaq.

Qeyd edək ki, V.Montella məşqçilik karyerası ərzində yalnız İtaliya klublarını çalışdırıb. O, "Roma", "Kataniya", "Fiorentina", və "Sampdoriya"nın baş məşqçisi olub.

Son xəbərlər

Orphus sistemi