"Milan" ispaniyalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir

"Milan" ispaniyalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir Bakı. 8 sentyabr. REPORT.AZ/ İtaliyanın Milan klubu İngiltərənin Çelsi komandasının futbolçusu Sesk Fabreqası heyətinə cəlb etmək niyyətindədir.
Futbol
8 sentyabr 2018 08:34
Milan ispaniyalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir

Bakı. 8 sentyabr. REPORT.AZ/ İtaliyanın "Milan" klubu İngiltərənin "Çelsi" komandasının futbolçusu Sesk Fabreqası heyətinə cəlb etmək niyyətindədir. 

"Report" "Corriere dello Sport"a istinadən xəbər verir ki, İtaliya təmsilçisi 31 yaşlı ispan yarımmüdafiəçi üçün yanvar ayında klubuna təklif göndərməyə hazırlaşır. 

Fabreqasın müqaviləsi 2019-cü ilin yayında başa çatacaq və o, qış transfer pəncərəsində klublarla danışıqlara başlaya bilər. 

Qeyd edək ki, "Çelsi"nin yeni baş məşqçisi Mauritsio Sarri bu mövsüm Sesk Fabreqasa İngiltərə Premyer Liqası matçlarında şans verməyib. 

Son xəbərlər

Orphus sistemi