"Milan" klubunun sahibi yenidən dəyişə bilər

"Milan" klubunun sahibi yenidən dəyişə bilər İtaliyanın Milan klubunun sahibi ilin sonunadək dəyişə bilər.
Futbol
28 Sentyabr , 2019 13:09
Milan klubunun sahibi yenidən dəyişə bilər

İtaliyanın "Milan" klubunun sahibi ilin sonunadək dəyişə bilər. 

"Report"un "La Repubblica"ya istinadən verdiyi məlumata görə, "qırmızı-qaralar"ı LVMH şirkətinin sahibi Bernar Arno almaq istəyir. "Rossonyerlər"in satılması üzrə müqavilənin dekabrın axırlarına qədər bağlanacağı istisna deyil. 

Arno son zamanlar klubun dəyərinin 1,2 milyard avrodan 960 milyon avroya enməsindən yararlanmaq niyyətindədir. Satış baş tutsa, "Milan"ın baş məşqçi postuna yenidən Massimiliano Alleqri gətiriləcək. 

Qeyd edək ki, klubun hazırkı sahibi ABŞ-ın "Elliott Management Corporation" fondudur. "Milan" çinli biznesmen Li Yonhonun 2018-ci ildə gedişindən sonra bu şirkətin mülkiyyətinə keçib. 

Son xəbərlər

Orphus sistemi