"Milan"ın sabiq futbolçusu "Neftçi"də oynamaq istəyir

"Milan"ın sabiq futbolçusu "Neftçi"də oynamaq istəyir Ulduz futbolçunun son klubu Portuqaliya "Portimonense"si olub
Futbol
367
4 Mart , 2021 18:35
Milanın sabiq futbolçusu Neftçidə oynamaq istəyir

"Neftçi" Yaponiya millisi və İtaliya "Milan"ın sabiq futbolçusu Keysuke Honda ilə danışıqlar aparır.

Bu barədə "Report"a Bakı klubunun Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.

Onun sözlərinə görə, 35 yaşlı yarımmüdafiəçi menecerlər vasitəsilə flaqmana təklif olunub: "Honda ilk dəfə bizə təklif ediləndə ciddiyə almamışdıq. İkinci dəfə isə maraqlı gəldi. Danışıqlar davam edir. Hələ rəsmi bir şey yoxdur".

Allahverdiyev Hondanın özünün də "Neftçi"də oynamaq istədiyini bildirib: "Əsas meneceri qardaşıdır. Özü deyib ki, "Neftçi"yə gəlmək istəyirəm. Biz də may ayınadək onu komandaya cəlb etmək istəyirik".

Qeyd edək ki, 98 dəfə Yaponiya millisininin formasını geyinmiş Keysuke Honda 37 qol vurub. O, "Milan"la yanaşı, Niderlandın "Venlo" və "Vitess", Rusiyanın MOİK (Moskva), Meksikanın "Paçuka", Avstraliyanın "Melburn Viktori", Braziliyanın "Botafoqo" komandalarında da çıxış edib. Ulduz futbolçunun son klubu Portuqaliya "Portimonense"si olub.

Son xəbərlər

Orphus sistemi