"Milan"ın prezidenti A Seriyasının rəhbərliyindən kənarlaşdırıldı

"Milan"ın prezidenti A Seriyasının rəhbərliyindən kənarlaşdırıldı Buna funksionerin Avropa Super Liqası ilə bağlı layihəyə qoşulması səbəb olub
Futbol
114
5 May , 2021 20:51
Milanın prezidenti A Seriyasının rəhbərliyindən kənarlaşdırıldı
Paolo Skaroni

İtaliyanın "Milan" klubunun prezidenti Paolo Skaroni A Seriyasının rəhbəri Mauritsio Berettanın müşaviri vəzifəsindən istefa verib.

"Report"un məlumatına görə, buna funksionerin Avropa Super Liqası ilə bağlı layihəyə qoşulması səbəb olub.

Qərar İtaliya Liqası Assambleyasının bugünkü iclasında qəbul edilib. Skaroninin yerinə yeni təyinat və Superliqa ilə əlaqəli digər mövzular assambleyanın növbəti iclasında nəzərdən keçiriləcək.

Qeyd edək ki, Paolo Skaroni 2018-ci ilin iyulundan "Milan"a rəhbərlik edir.

Son xəbərlər

Orphus sistemi