"Milan"ın baş məşqçisinin qızıl medalı oğurlanıb

"Milan"ın baş məşqçisinin qızıl medalı oğurlanıb İtaliya A Seriyasının qalibi olan "Milan"ın baş məşqçisi Stefano Piolinin qızıl medalı oğurlanıb.
Futbol
23 May , 2022 09:36
Milanın baş məşqçisinin qızıl medalı oğurlanıb
Stefano Pioli

İtaliya A Seriyasının qalibi olan "Milan"ın baş məşqçisi Stefano Piolinin qızıl medalı oğurlanıb.

"Report" "Football Italia" nəşrinə istinadən xəbər verir ki, hadisə komandanın sonuncu - XXXVIII turda "Sassuolo"ya 3:0 hesabı ilə qalib gəldiyi səfər oyunundan sonra baş verib.

57 yaşlı mütəxəssisin sözlərinə görə, medal çempionluğu bayram edərkən stadionda ələ keçirilib: "Kimsə onu boynumdan qopardı. Bunu mənə qaytarsalar, minnətdar olaram, çünki baş məşqçi kimi qazandığım ilk qızıl medaldır".

Qeyd edək ki, "Milan" 11 ildən sonra ölkə çempionu olub. "Rossonerilər" son olaraq 2010/2011 mövsümündə bu uğura yiyələnib.

Son xəbərlər

Orphus sistemi