"Milan" futbolçusunu icarəyə verib

"Milan" futbolçusunu icarəyə verib Bakı. 13 avqust. REPORT.AZ/ İtaliyanın Milan klubu futbolçusu Manuel Lokatellini icarəyə verib.
Futbol
13 Avqust , 2018 19:32
Milan futbolçusunu icarəyə verib

Bakı. 13 avqust. REPORT.AZ/ İtaliyanın "Milan" klubu futbolçusu Manuel Lokatellini icarəyə verib. 

"Report" klubun saytına istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi icarə əsasında "Sassuolo"da çıxış edəcək. Klub gənc oyunçunun çıxışından razı qalsa, onu heyətinə qata biləcək. 

Qeyd edək ki, M.Lokatelli 2016-cı ildən "Milan"ın formasını geyinir. O, ötən mövsüm A Seriyasında 21 oyunda iştirak edib. 

Son xəbərlər

Orphus sistemi