"Milan" Fransa millisinin futbolçusunu transfer etdi

"Milan" Fransa millisinin futbolçusunu transfer etdi İtaliya "Milan"ı heyətini yeni futbolçu ilə gücləndirib.
Futbol
467
6 Avqust , 2020 12:38
Milan Fransa millisinin futbolçusunu transfer etdi

İtaliya "Milan"ı heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar" Fransanın "Lion" komandasından müdafiəçi Pyer Kalyulyunu transfer edib.

Perulu sağ cinah oyunçusu ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Fransanın U-20 yığmasının da formasını geyinən gənc futbolçu mərkəz müdafiəçisi mövqeyində də oynaya bilir.

Orphus sistemi