KİV: Leonardo "Milan"ın baş məşqçisi təyin oluna bilər

KİV: Leonardo "Milan"ın baş məşqçisi təyin oluna bilər Bakı. 28 dekabr. REPORT.AZ/ İtaliyanın “Milan” klubunun idman direktoru Leonardo Araujo komandanın baş məşqçisi təyin oluna bilər.
Futbol
28 Dekabr , 2018 10:11
KİV: Leonardo Milanın baş məşqçisi təyin oluna bilər
0 : 00
0 : 00

Bakı. 28 dekabr. REPORT.AZ/ İtaliyanın “Milan” klubunun idman direktoru Leonardo Araujo komandanın baş məşqçisi təyin oluna bilər.

“Report” “Sportmediaset” portalına istinadən xəbər verir ki, Cennaro Qattuzo postundan uzaqlaşdırılacağı halda, braziliyalı mütəxəssis məşqçi karyerasını bərpa edəcək. Leonardo daha əvvəl 2009/2010 mövsümündə “Milan”ın baş məşqçisi olub. O, həminin İtaliyanın “İnter” və Türkiyənin “Antalyaspor” komandasında çalışıb.

Qeyd edək ki, ardıcıl 5 oyundur qələbə qazana bilməyən “Milan” İtaliya A seriyasından 18 turdan sonra 28 xalla 6-cı pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi