Miçel Madera: "Qurban Qurbanov qurban olmağı öyrətdi"

Miçel Madera: "Qurban Qurbanov qurban olmağı öyrətdi" "Qarabağ"ın sabiq futbolçusu Miçel Madera peşəkar karyerasında mühüm rol oynamış baş məşqçilərin adlarını açıqlayıb
Futbol
110
4 Mart , 2021 12:43
Miçel Madera: Qurban Qurbanov qurban olmağı öyrətdi

"Qarabağ"ın sabiq futbolçusu Miçel Madera peşəkar karyerasında mühüm rol oynamış baş məşqçilərin adlarını açıqlayıb.

"Report"un məlumatına görə, ötən gün futbolla vidalaşdığını açıqlayan ispaniyalı yarımmüdafiəçi ölkəsinin mətbuatına müsahibəsində həmyerlisi Manuel Presiado ilə Ağdam klubuna başçılıq edən Qurban Qurbanovu fərqləndirib.

Veteran oyunçu seçimini belə izah edib: "Presiado "Sportinq" (Xixon) klubunda mənə xeyli dəstək verdi. Bundan başqa, onunla şəxsi münasibətlər qurduq və dost ola bildik. Məni sakitləşdirən digər məşqçi Qurban Qurbanov idi. Hər kəs "Qarabağ"ın mənim üçün sadəcə, yeni təcrübə olduğunu düşündüyü halda, baş məşqçi mükəmməlləşməyimə kömək etdi. Mənə özünü futbola qurban verməyin nə demək olduğunu öyətdi. Qurbanov məşqləri çox sevir, vaxtının çox hissəsini komanda ilə keçirirdi".

Miçel bu iki mütəxəssisdən başqa, Xosep Qvardiola və Visente Del Boskenin də üslubunu bəyəndiyini söyləyib. Qazandığı təcrübədən razı qalan keçmiş yarımmüdafiəçi ona yüksək səviyyədə oynamaq imkanı yaradan klublara təşəkkür edib.

Qeyd edək ki, Miçel Madera "Qarabağ"da 2015 - 2020-ci illərdə forma geyinib. O, Azərbaycan komandasında 159 oyuna 30 qol vurub.

Son xəbərlər

Orphus sistemi