Mesut Özil "Olimpiakos"la oyunda iştirak etməyəcək

Mesut Özil "Olimpiakos"la oyunda iştirak etməyəcək Türkiyənin "Fənərbağça" komandası Yunanıstan "Olimpiakos"una qarşı keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin II tur oyununa ciddi itki ilə çıxacaq.
Futbol
30 Sentyabr , 2021 15:01
Mesut Özil Olimpiakosla oyunda iştirak etməyəcək
Mesut Özil

Türkiyənin "Fənərbağça" komandası Yunanıstan "Olimpiakos"una qarşı keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin II tur oyununa ciddi itki ilə çıxacaq.

"Report" "TRT Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisinin ulduz futbolçusu Mesut Özil qarşılaşmanın heyətindən çıxarılıb.

Buna 33 yaşlı yarımmüdafiəçinin qripə yoluxması səbəb olub.

Qeyd edək ki, bu gün oynanılacaq "Fənərbağça" - "Olimpiakos" matçı Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi