Məsut Özil aktrisa və model sevgilisi ilə nişanlanıb

Məsut Özil aktrisa və model sevgilisi ilə nişanlanıb Bakı. 15 yanvar. REPORT.AZ/ İngiltərənin Arsenal klubunun futbolçusu Məsut Özil aktrisa və model sevgilisi Amine Gülşe ilə nişanlanıb.
Futbol
938
15 Yanvar , 2019 09:31
Məsut Özil aktrisa və model sevgilisi ilə nişanlanıb

Bakı. 15 yanvar. REPORT.AZ/ İngiltərənin "Arsenal" klubunun futbolçusu Məsut Özil aktrisa və model sevgilisi Amine Gülşe ilə nişanlanıb.

"Report"un məlumatına görə, iki ailə arasında əvvəlcə elçilik mərasimi keçirilib. Daha sonra nişan üzükləri taxılıb. Özil və Gülşe xoşbəxt anlarını "Allahın izni ilə sonadək" sözləri ilə paylaşıblar.

Qeyd edək ki, bir müddət əvvəl Məsut Özil və İngiltərənin "Mançester Siti" klubunun futbolçusu İlkay Gündoğan Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanla görüşdükləri üçün Almaniya Futbol İttifaqının (DFB) prezidenti Raynhard Qrindelin qınağına tuş gəlib. Qrindel onları Ərdoğanın seçim kampaniyası üçün alət olmaqda suçlayıb. Əvəzində Özil DFB rəhbərinin haqsız davranışa yol verdiyini bildirərək, Almaniya milli komandasındakı karyerasını başa vurub. Onun qərarına Amine Gülşe də sosial media vasitəsilə dəstək olub. 

Son xəbərlər

Orphus sistemi