Mesut Özil Azərbaycanda İlin Döyüşkən Legioneri seçildi

Mesut Özil Azərbaycanda İlin Döyüşkən Legioneri seçildi İngiltərənin "Arsenal" klubunun futbolçusu Mesut Özil İdman Araşdırmalar Mərkəzinin "İlin qalibləri-2020" layihəsi üzrə İLİN DÖYÜŞKƏN LEGİONERİ seçilib.
Futbol
29 Dekabr , 2020 14:10
Mesut Özil Azərbaycanda İlin Döyüşkən Legioneri seçildi
Mesut Özil

İngiltərənin "Arsenal" klubunun futbolçusu Mesut Özil İdman Araşdırmalar Mərkəzinin "İlin qalibləri-2020" layihəsi üzrə ilin döyüşkən legioneri seçilib.

"Report"un məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi Vətən müharibəsində Azərbaycanın maraqlarını müdafiə edərək, təbliğati dəstək verib və sorğuda birinci olub.

51 KİV-in qatıldığı səsvermədə 20 jurnalist Mesut Özilə səs verib. Onlardan 6-sı Ramil Quliyevi, 6-sı isə Arda Turanı seçib. Ansi Aqolli, Maykl Essyen, İbrahim Şehiç, Donald Gerye hərəyə 4 səs toplayıbsa, Ronaldinyo 3 səs yığa bilib.

Qeyd edək ki, layihənin informasiya dəstəkçisi "Report" İnformasiya Agentliyi, baş sponsoru Azərbaycanın yeganə qanuni mərc oyunları saytı "eTopaz", sponsoru Azərbaycanın ilk idman geyimi brendi "İl Azero", təşkilati dəstəkçisi isə Bakı Olimpiya Stadionudur.

Son xəbərlər

Orphus sistemi