Mesut Özil "Fənərbağça"ya keçid üçün milyonlarla avrodan imtinaya hazırdır

Mesut Özil "Fənərbağça"ya keçid üçün milyonlarla avrodan imtinaya hazırdır "Arsenal" futbol komandasının yarımmüdafiəçisi Mesut Özil klubdan getmək üçün maaşından imtina etməyə hazırdır.
Futbol
760
14 Yanvar , 2021 08:18
Mesut Özil Fənərbağçaya keçid üçün milyonlarla avrodan imtinaya hazırdır
Mesut Özil

"Arsenal" futbol komandasının yarımmüdafiəçisi Mesut Özil klubdan getmək üçün maaşından imtina etməyə hazırdır.

“Report” xəbər verir ki, bu barədə “The Athletic” bildirib.

Məlumata görə, futbolçu müqavilənin sonuna qədər 7,8 milyon avro qazanmalıdır. Komandanın rəhbərliyi anlayıb ki, Özil "Fənərbağça"ya keçsə, maaşının hər hansı hissəsini almaq istəmir. Futbolçu özü qışda klubu tərk etmık üçün maaşdan imtina etməyə hazırdır.

Özilin "Arsenal"la müqaviləsi iyunda başa çatacaq. Futbolçunun həftəlik maaşı demək olar, 395 min avro təşkil edir. Özil London "Arsenal"ında 2013-cü ildən çıxış edir, ancaq 2020-ci ilin martından oynamır. Mesut hətta İngiltərə Premyer Liqasının mövsümün birinci hissəsinə "Arsenal"ın əsas heyətinə daxil edilməyib. Futbolçu son həftələr əsas heyətdən ayrı məşq edirdi.

Daha əvvəl bildirilirdi ki, Özil "Fənərbağça"ya keçidə yaxındır.

Son xəbərlər

Orphus sistemi