Mesut Özil "Fənərbağça"da debüt etdi

Mesut Özil "Fənərbağça"da debüt etdi Futbol üzrə Türkiyə Super Liqasında XXII tura start verilib.
Futbol
2 Fevral , 2021 19:22
Mesut Özil Fənərbağçada debüt etdi

Futbol üzrə Türkiyə Super Liqasında XXII tura start verilib.

"Report"un məlumatına görə, açılış matçında lider "Fənərbağça" "Hatayspor"un qonağı olub.

Görüş İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesab 26-cı dəqiqədə açılıb. Qonaqların heyətində Mame Tiam fərqlənib. 77-ci dəqiqədə "Fənərbağça"nın yeni transferi Mesut Özil meydana daxil olaraq, komandasında debüt edib. O, qolun müəllifini əvəzləyib. 88-ci dəqiqədə meydan sahiblərinin müdafiəçisi Jan-Klod Billonq topu öz qapısından keçirib - 0:2. Matçda son nöqtəni isə "Hatayspor" qoyub. Qobonlu hücumçu Aaron Bupendza baxımlı qola imza atıb.

Qeyd edək ki, bu qələbədən sonra xallarını 48-ə çatdıran "Fənərbağça" ilk pillədəki mövqeyini qoruyub. "Hatayspor" isə 35 xalla 7-ci sırada qalıb.

Son xəbərlər

Orphus sistemi