Mesut Ozil "Di Si Yunayted"lə danışıqlar aparır

Mesut Ozil "Di Si Yunayted"lə danışıqlar aparır "Arsenal" komandasının türk mənşəli alman futbolçusu Mesut Özil Amerikanın MLS liqasının klubu "Di Si Yunayted"lə danışıqlar aparır.
Futbol
759
6 Yanvar , 2021 03:59
Mesut Ozil Di Si Yunaytedlə danışıqlar aparır
Mesut Özil

"Arsenal" komandasının türk mənşəli alman futbolçusu Mesut Özil Amerikanın MLS liqasının klubu "Di Si Yunayted"lə danışıqlar aparır.

Bu barədə “Report” “Football.London”a istinadən xəbər verir.

Məlumata görə, Amerika klubu 32 yaşlı yarımmüdafiəçiyə cəzbedici maliyyə şərtləri təklif edir. "Di Si Yunayted” yüksək maaşdan başqa, futbolçuya onun M10 markasının inkişafına da kömək etməyə hazırdır.

Ozil İngiltərə Premyer Liqası mövsümünün birinci hissəsində "Arsenal"ın iştirak ərizəsinə daxil edilməyib. Son həftələr türk əsilli futbolçu əsas heyətdən ayrı məşq edib.

Özilin "Arsenal"la müqaviləsinin müddəti iyunda başa çatır. Yarımmüdafiəçinin həftəlik maaşı demək olar, 395 min avro təşkil edir.

Ozil "Arsenal"da 2013-cü ildən çıxış edir. O, 2020-ci martından "topçular"ın heyətində oynamayıb.

Son xəbərlər

Orphus sistemi