Mesut Özil "Arsenal"ın üçüncü formasını təqdim etdi

Mesut Özil "Arsenal"ın üçüncü formasını təqdim etdi İngiltərənin "Arsenal" klubu 2020/2021 mövsümü üçün üçüncü dəst formasını təqdim edib.
Futbol
10 Sentyabr , 2020 13:07
Mesut Özil Arsenalın üçüncü formasını təqdim etdi
Mesut Özil

İngiltərənin "Arsenal" klubu 2020/2021 mövsümü üçün üçüncü dəst formasını təqdim edib.

"Report" London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, tünd göy rəngdə olan formanın ön hissəsində qızılı yazılar var. Təqdimata türkəslli alman yarımmüdafiəçi Mesut Özil də qatılıb. 

Qeyd edək ki, İngiltərə Premyer Liqasında yeni mövsüm 12 sentyabrda başlayır. "Topçular"ın matçı həmin gün Bakı vaxtı ilə saat 15:30-da "Fulhem"ə qarşı olacaq. Bir müddətdir Mesut Özilin "Arsenal"dan ayrılacağı bildirilir. 

Son xəbərlər

Orphus sistemi