Mesut Özil “Arsenal” rəhbərliyinə etiraz edib

Mesut Özil “Arsenal” rəhbərliyinə etiraz edib İngiltərə Arsenal”ının üç oyunçusu koronavirus pandemiyasına görə maaşlarının azaldılmasından imtina edib.
Futbol
21 Aprel , 2020 01:34
Mesut Özil “Arsenal” rəhbərliyinə etiraz edib

İngiltərə "Arsenal”ının üç oyunçusu koronavirus pandemiyasına görə maaşlarının azaldılmasından imtina edib.

“Report” “Mirror”a istinadən xəbər verir ki, imtina edənlərdən biri yarımmüdafiəçi Mesut Ozildir. O, komandada ən yüksək maaş alan oyunçudur. Futbolçu həftədə 350 min avro qazanır.

Yarımmüdafiəçi klubun üzvlərindən onun qərarına hörmət etməyi xahiş edib. Futbolçu bildirib ki, koronavirusun maliyyə nəticələrini qiymətləndirmək üçün ona vaxt lazımdır.

Xatırladaq ki, "Arsenal"ın futbolçuları maaşlarının 12,5 faizinin azaldılmasına razılaşıblar. Razılaşma bu ilin aprelindən 2021-ci ilin martınadək müddəti əhatə edəcək.

Son xəbərlər

Orphus sistemi