KİV: “Arsenal” Mesut Özili satmağa hazırdır

KİV: “Arsenal” Mesut Özili satmağa hazırdır Bakı. 20 dekabr. REPORT.AZ/ İngiltərənin “Arsenal” klubu futbolçusu Mesut Özili satmağa hazırdır.
Futbol
20 Dekabr , 2018 17:18
KİV: “Arsenal” Mesut Özili satmağa hazırdır
0 : 00
0 : 00

Bakı. 20 dekabr. REPORT.AZ/ İngiltərənin “Arsenal” klubu futbolçusu Mesut Özili satmağa hazırdır.

“Report” “The Independent” nəşrinə istinadən xəbər verir ki, London təmsilçisinin rəhbərliyi qış “transfer pəncərəsi” zamanı 30 yaşlı türk əsilli almaniyalı yarımmüdafiəçini buraxmağın əleyhinə deyil.

“Arsenal”la 2021-ci ilin iyununa qədər müqaviləsi olan M.Özilin baş məşqçi Unai Emeri ilə münasibətləri gərgindir. Futbolçunun satış qiymətinin 35 milyon avro civarında olduğu bildirlir.

Qeyd edək ki, 2013-cü ilin yayında İspaniya “Real Madrid”indən “Arsenal”a keçən M.Özil cari mövsümdə meydana çıxdığı 14 oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə verib.

Son xəbərlər

Orphus sistemi