Messiyə əvvəlki maaşından imtina etmək təklif olunub

Messiyə əvvəlki maaşından imtina etmək təklif olunub "Barselona" futbol klubunun prezidentliyinə namizəd Antoni Freyksa komandanın lideri Lionel Messi ilə yeni müqavilənin detallarını açıqladı
Futbol
7 Noyabr , 2020 08:22
Messiyə əvvəlki maaşından imtina etmək təklif olunub
Lionel Messi

"Barselona" futbol klubunun prezidentliyinə namizədi Antoni Freyksa komandanın kapitanı Lionel Messi ilə yeni müqavilənin detallarını açıqlayıb.

"Report" xəbər verir ki, onun sözlərini "El Curubito YouTube" kanalı sitat gətirib.

Freyskanın sözlərinə görə, "göy-qırmızılar" Messi ilə yeni müqaviləni imzalayarkən ona əvvəlki maaşını təklif edə bilməyəcəklər. Beləliklə, argentinalı maliyyə itkiləri ilə üzləşməyə məcbur olacaq.

"Biz Messini əmin etməyəcəyik. Məqsədimiz hər tərəfin, yənı "Barselona"nın və Messinin prioritetlərini müəyyənləşdirməkdir", - o, qeyd edib.

Xatırladaq ki, Antoni Freyksa Xosep Bartolomeunun gedişindən sonra Kataloniya klubunun prezidentliyinə namizəd olub.

Son xəbərlər

Orphus sistemi