Messinin göz yaşlarını sildiyi salfet hərraca çıxarılıb

Messinin göz yaşlarını sildiyi salfet hərraca çıxarılıb Fransanın PSJ klubunun yeni transferi Lionel Messinin İspaniya "Barselona"sı ilə vidalaşarkən göz yaşlarını sildiyi salfet hərraca çıxarılıb.
Futbol
13 Avqust , 2021 17:22
Messinin göz yaşlarını sildiyi salfet hərraca çıxarılıb

Fransanın PSJ klubunun yeni transferi Lionel Messinin İspaniya "Barselona"sı ilə vidalaşarkən göz yaşlarını sildiyi salfet hərraca çıxarılıb.

"Report" "Mercado Libre" saytına istinadən xəbər verir ki, salfetə 1 milyon ABŞ dolları qiymət qoyulub.

Argentinalı futbolçu avqustun 8-də təşkil olunmuş mətbuat konfransında çıxış edərkən göz yaşlarını saxlaya bilməyib. 34 yaşlı hücumçunun özünə gəlməsi üçün təqribən 1 dəqiqə vaxt lazım olub.

Qeyd edək ki, Lionel Messi PSJ ilə 2+1 illik müqavilə bağlayıb.

Son xəbərlər

Orphus sistemi