Messinin butsları hərraca çıxarılacaq

Messinin butsları hərraca çıxarılacaq Lionel Messi qol sayında Pelenin rekordunu qırdığı butslarını Kataloniya Milli Muzeyinə bağışlayıb
Futbol
13 Fevral , 2021 00:52
Messinin butsları hərraca çıxarılacaq

İspaniya "Barselona"sının kapitanı Lionel Messi qol sayında Braziliya millisinin əfsanəvi futbolçusu, üçqat dünya çempionu Pelenin rekordunu qırdığı butslarını Kataloniya Milli Muzeyinə bağışlayıb.

"Report" xəbər verir ki, ayaqqabılar muzeydə nümayiş olunduqdan sonra hərraca çıxarılacaq. Gəlir xeyriyyə məqsədilə istifadə ediləcək.

Qeyd edək ki, Lionel Messi ötən ilin dekabrında "Valyadolid"lə La Liqa matçında "Barselona"nın heyətində 644-cü dəfə fərqlənərək bir komandada ən çox qol vurmuş futbolçu ünvanını ələ keçirib. Peledə bu göstərici 643 qoldur.

Son xəbərlər

Orphus sistemi