Messinin "Barselona" ilə müqaviləsinin müddəti başa çatdı

Messinin "Barselona" ilə müqaviləsinin müddəti başa çatdı Argentinanın futbol üzrə yığmasının hücumçusu Lionel Messi azad agent olub.
Futbol
1 İyul , 2021 03:12
Messinin Barselona ilə müqaviləsinin müddəti başa çatdı
Lionel Messi

Argentinanın futbol üzrə yığmasının hücumçusu Lionel Messi azad agent olub.

"Report" xəbər verir ki, onun İspaniyanın "Barselona" futbol komandası ilə müqaviləsi bu gün – iyulun 1-də başa çatıb.

Razılaşmanın müddətinin uzadılması indiyə qədər rəsmən açıqlanmayıb. Bu halda argentinalı komanda ilə yeni müqavilə imzalaya biləcək.

Messi 2003-cü ildən - bütün karyerası boyunca "Barselona"da çıxış edib. O, komandanın heyətində 10 dəfə İspaniya çempionu olub, yeddi dəfə ölkə Kubokunu və səkkiz dəfə Superkuboku qazanıb. Hücumçu habelə dörd dəfə Çempionlar Liqasını, üç dəfə UEFA-nın Superkubokunu, klublararası dünya çempionatını udub.

Messi İspaniya Primerasının ötən mövsümündə 35 matçda iştirak edərək, 30 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun hesabında Çempionlar Liqasının 6 oyununda 5 qol və 2 məhsuldar ötürmə var.

Son xəbərlər

Orphus sistemi