Messi yeni mövsümdə "Barselona"nın əsas hədəfini açıqlayıb

Messi yeni mövsümdə "Barselona"nın əsas hədəfini açıqlayıb Bakı. 16 avqust. REPORT.AZ/ İspaniyanın “Barselona” komandasının futbolçusu Lionel Messi Argentina təmsilçisi “Boka Xuniors”la keçirdikləri Xuan Qamper Kubokunun oyunundan öncə azarkeşlərə müraciət edib.
Futbol
16 Avqust , 2018 10:10
Messi yeni mövsümdə Barselonanın əsas hədəfini açıqlayıb

Bakı. 16 avqust. REPORT.AZ/ İspaniyanın “Barselona” komandasının futbolçusu Lionel Messi Argentina təmsilçisi “Boka Xuniors”la keçirdikləri Xuan Qamper Kubokunun oyunundan öncə azarkeşlərə müraciət edib.

“Report”un məlumatına görə, 31 yaşlı kapitan 2018/2019 mövsümündə Kataloniya klubunun əsas hədəfinin Çempionlar Liqasını (ÇL) qazanmaqdan ibarət olacağını söyləyib. Təcrübəli hücumçu bunun üçün əllərindən gələni edəcəklərini deyib: “Barselona”nın kapitanı olmaq mənim üçün şərəfdir. Bunun böyük məsuliyyət olduğunu bilirəm. Amma bəxtim gətirib – mənim üçün Puyol, Xavi və böyük İnyesta kimi nümunələr var. Andres üçün çox darıxacağam. Yeni oyunçularımız bizə kömək edəcəklər. “Barselona” ötən mövsüm İspaniya Kubokunu qazandı və La Liqanın qalibi oldu. Amma ÇL-də uğursuz çıxış etdik. Bu gözəl kuboku “Nou Kamp”a qaytarmaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, “Barselona” hər il təşkil etdiyi ənənəvi Xuan Qamper Kubokunda “Boka Xuniors”u 3:0 hesabı ilə məğlub edib. 

Son xəbərlər

Orphus sistemi