Messi və Neymar yenidən eyni komandada oynaya bilər

Messi və Neymar yenidən eyni komandada oynaya bilər İspaniyanın "Barselona" klubunun prezidenti vəzifəsinə namizəd olan Xordi Farre azarkeşlərə yeni vəd verib.
Futbol
410
21 Dekabr , 2020 13:52
Messi və Neymar yenidən eyni komandada oynaya bilər
Lionel Messi və Neymar

İspaniyanın "Barselona" klubunun prezidenti vəzifəsinə namizəd olan Xordi Farre azarkeşlərə yeni vəd verib. "Report"un məlumatına görə, funksioner "Mundo Deportivo" nəşrinə açıqlamasında Fransanın PSJ komandasında çıxış edən Neymarın Kataloniya təmilçisinə qayıdacağını söyləyib.

O, braziliyalı futbolçunun 2021-ci ildən yenidən Lionel Messi ilə komanda yoldaşı olacağını iddia edib: "Amma bunun üçün Neymar öz tələblərini azaltmalıdır. Hər kəs səhv edə bilər. Onun yaxın ətrafı ilə danışmışıq. Futbolçu özü də qayıtmağın əleyhinə deyil. Bu transfer üçün PSJ-yə 40-45 milyon avro ödəyə bilərik. Messi və Neymar gələn il yenidən birlikdə oynayacaqlar. Əminəm ki, bundan sonra Leo da klubdan getmək istəməyəcək. O, gələcəkdə "Barselona"nın fəxri prezidenti də ola bilər".

Neymar 2013 - 2017-ci illərdə "Barselona"da çıxış edib.

Qeyd edək ki, "Barselona"da prezident seçkiləri 2021-ci ilin martında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi