Messi uğurlu cərimə zərbələrinin sirrini açıqlayıb

Messi uğurlu cərimə zərbələrinin sirrini açıqlayıb İspaniyanın Barselona klubunun futbolçusu Lionel Messi cərimə zərbələrini dəqiq yerinə yetirməsinin sirrini açıqlayıb.
Futbol
27 Dekabr , 2019 08:45
Messi uğurlu cərimə zərbələrinin sirrini açıqlayıb

İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi cərimə zərbələrini dəqiq yerinə yetirməsinin sirrini açıqlayıb.

"Report"un məlumatına görə, argentinalı hücumçu rəqib qapıçıların öyrənilməsinə böyük vaxt sərf etdiyini bildirib.

"Mən onların hərəkətlərinə diqqət yetirirəm. Baxıram ki, o, addım atırmı və ya əksinə. Canlı səddin necə qurulduğunu nəzərdən keçirirəm. İndi mən belə halları daha çox öyrənirəm. Bunların hamısı məşqlərdə gərgin iş nəticəsində mümkün olub" deyə o, klubun rəsmi saytına müsahibəsində vurğulayıb.

Qeyd edək ki, bu mövsüm Lionel Messi İspaniya La Liqasında 13 oyuna 13 qol vurub və 6 məhsuldar ötürmə verib. 18 turdan sonra "Barselona" 39 xalla liderdir.

Son xəbərlər

Orphus sistemi