Messi tibbi müayinədən keçəcək

Messi tibbi müayinədən keçəcək Bakı. 28 mart. REPORT.AZ/ İspaniyanın Barselona klubunun ulduz futbolçusu Lionel Messi tibbi müayinədən keçəcək.
Futbol
28 Mart , 2018 18:43
Messi tibbi müayinədən keçəcək

Bakı. 28 mart. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi tibbi müayinədən keçəcək.

"Report"un məlumatına görə, bu barədə Kataloniya təmsilçisinin baş məşqçisi Ernesto Valverdo məlumat verib.

O, argentinalı futbolçunun fiziki durumu haqqında məlumatlı olmadığını söyləyib: "Messi cümə axşamı tibbi müayinədən keçəcək. Daha sonra onun vəziyyətini qiymətləndirə bilərik. O, La Liqanın son matçında - "Atletik"lə qarşılaşmada yaxşı təsir bağışladı. Ümid edirik ki, onun ciddi zədəsi yoxdur."

Qeyd edək ki, Lionel Messi Argentina milli komandasının heyətinə dəvət alsa da, İtaliyanı 2:0 hesabı ilə məğlub etdikləri və İspaniyaya 1:6 uduzduqları matçlarda forma geyinməyib. 

Orphus sistemi