Messi Ronaldunun rekordunu təkrarlayıb, Mbappe isə onun nəticəsini yeniləyib

Messi Ronaldunun rekordunu təkrarlayıb, Mbappe isə onun nəticəsini yeniləyib PSJ-nin futbolçusu Lionel Messinin evdə Belçika "Brügge"sinə qarşı UEFA Çempionlar Liqasının (ÇL) qrup oyununda vurduğu qol argentinalı hücumçu üçün əlamətdar olub.
Futbol
7 Dekabr , 2021 23:15
Messi Ronaldunun rekordunu təkrarlayıb, Mbappe isə onun nəticəsini yeniləyib

PSJ-nin futbolçusu Lionel Messinin evdə Belçika "Brügge"sinə qarşı UEFA Çempionlar Liqasının (ÇL) qrup oyununda vurduğu qol argentinalı hücumçu üçün əlamətdar olub.

"Report"un məlumatına görə, görüşün 38-ci dəqiqəsində komandasının 3-cü qoluna imza atan 34 yaşlı forvard qitənin ən nüfuzlu klub turnirində məyus etdiyi komandaların sayını 38-ə çatdırıb.

Ulduz futbolçu bu göstərici ilə hazırda İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edən portuqaliyalı hücumçu Kriştianu Ronaldunun rekordunu yeniləyib.

"Brügge" ilə qarşılaşmada dubl edən PSJ-nin digər qolçusu Kilian Mbappe isə ÇL-də 30 qol vuran ən gəc futbolçu ünvanını ələ keçirib. 22 yaş 352 günlüyündə buna nail olan fransalı forvard Messinin (23 yaş 131 günlük) rekordunu yeniləyib.

Qeyd edək ki, hazırda PSJ - "Brügge" matçında ikinci hissə oynanılır və meydan sahibləri hesabda öndədirlər - 3:1.

Son xəbərlər

Orphus sistemi