Messi Ronaldunu qol sayında üstələdi

Messi Ronaldunu qol sayında üstələdi İspaniya La Liqasında XXVIII turun "Real Sosyedad"la oyununda dubl edən "Barselona"nın futbolçusu Lionel Messi yeni nailiyyətə imza atıb.
Futbol
22 Mart , 2021 23:38
Messi Ronaldunu qol sayında üstələdi

İspaniya La Liqasında XXVIII turun "Real Sosyedad"la oyununda dubl edən "Barselona"nın futbolçusu Lionel Messi yeni nailiyyətə imza atıb.

"Report"un məlumatına görə, argentinalı hücumçu karyerasındakı qol sayını 734-ə çatdırıb. Bunların 97-si penalti ilə, 637-si oyun və standart vəziyyətlərdən vurulub.

Beləliklə, Messi hazırda İtaliya "Yuventus"unda çıxış edən Kriştianu Ronaldunu, penaltidən vurulanlar nəzərə alınmamaqla, qol sayında geridə qoyub. Hazırda Ronaldunun aktivində 770 qol var ki, bunların 135-i penalti, 635-i oyun vəziyyətindəndir.

Qeyd edək ki, Lionel Messi klubdakı oyun sayında "Barselona"nın rekordçusu olub. O, klubun heyətində 768 oyuna çıxıb. Kataloniya komandası "Real Sosyedad"ı 6:1 hesabı ilə yenib.

Son xəbərlər

Orphus sistemi