Messi PSJ-yə transferi ətrafında yaranan səs-küydən narazıdır

Messi PSJ-yə transferi ətrafında yaranan səs-küydən narazıdır "Barselona" futbol komandasının kapitanı, argentinalı hücumçu Lionel Messi PSJ-də onun mümkün keçidi ətrafında yaranmış səs-küydən narazı qalıb
Futbol
9 Fevral , 2021 08:49
Messi PSJ-yə transferi ətrafında yaranan səs-küydən narazıdır
Lionel Messi

"Barselona" futbol komandasının kapitanı, argentinalı hücumçu Lionel Messi PSJ-yə mümkün keçidi ətrafında yaranmış səs-küydən narazı qalıb.

“Report” xəbər verir ki, bu barədə ESPN bildirib.

Qeyd edilir ki, Fransa klubu aşkarlıq siyasəti yürüdür: bəzi futbolçular, baş məşqçi Maurisio Poçettino və idman direktoru Leonardo argentinalının ehtimal olunan transferi haqqında bir neçə açıqlama ilə çıxış ediblər.

İspaniya komandasında vəziyyətlə tanış olan mənbə qeyd edib ki, belə yanaşma səhv olub.

"Onlar bu strategiyadan istifadə edərək səhvə yol verirlər. Leo mediadakı belə səs-küyü sevmir, bu şərhlər onun xoşuna gəlmir", - mənbə qeyd edib.

Daha əvvəl Messi karyerası ilə bağlı gələcək planlarından danışıb. "La Sexta" nəşrinə müsahibə verən 33 yaşlı hücumçu heç bir klubla danışıq aparmadığını bildirib.

Son xəbərlər

Orphus sistemi