Messi yığmada qolların sayına görə Peleni ötərək Cənubi Amerika rekordçusu olub

Messi yığmada qolların sayına görə Peleni ötərək Cənubi Amerika rekordçusu olub Futbol üzrə Argentina seçməsinin hücumçusu Lionel Messi dünya çempionatının seçmə mərhələsində Boliviya yığmasının qapısına qol vuraraq, Cənubi Amerikanın yığma komandalarının futbolçuları arasında qolların sayına görə Pelenin rekordunu təkrarlayıb.
Futbol
10 Sentyabr , 2021 05:26
Messi yığmada qolların sayına görə Peleni ötərək Cənubi Amerika rekordçusu olub
Lionel Messi və Pele

Argentina yığmasının ulduz futbolçusu və Fransanın "Pari Sen-Jermen" komandasının 34 yaşlı hücumçusu Lionel Messi 2022-ci ilin dünya çempionatının seçmə qrup mərhələsinin 10-cu turunun Boliviya seçməsi ilə matçında het-trik edərək əfsanəvi Pelenin nailiyyətini üstələməklə milli komandalarda qolların sayı üzrə rekordçu olub.

“Report” xəbər verir ki, indi Messinin hesabında Argentina yığmasının heyətində 79 qol var.

Məşhur braziliyalı futbolçu Pelenin isə hesabında 77 qol olub. Bundan əvvəl məhz o Cənubi Amerika (KONMEBOL) yığmalarının futbolçuları arasında qolların sayı üzrə rekordçu olub.

Messi Argentinanın yığmasının heyətində 153-cü matçını keçirir. Yetmiş doqquz qoldan başqa, onun hesabında həmçinin əlli iki məhsuldar ötürmə də var. Qeyd edək ki, Pele 77 qol üçün 91 görüş keçirməli olub.

04:48

Futbol üzrə Argentina yığmasının hücumçusu Lionel Messi dünya çempionatının seçmə qrup mərhələsində Boliviya yığmasının qapısına qol vuraraq, Cənubi Amerikanın yığma komandalarının futbolçuları arasında qolların sayına görə Pelenin rekordunu təkrarlayıb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Hazırda Messinin Argentina yığmasının heyətindəki hesabında 77 qol var. Pele də Braziliya yığmasının heyətində bu qədər qol vurub.

Messiyə Pelenin rekordunun təkrarlaması üçün 153 matç lazım olub. Amma braziliyalı ulduz futbolçu 91 görüşdə 77 qol vurub.

Qeyd edək ki, avqustun 10-da Fransanın “Pari Sen-Jermen" (PSJ) klubu Lionel Messi ilə müqavilənin imzalanmasını rəsmən elan edib. Razılaşma 2023-cü ilə qədər qüvvədədir.

Messi İspaniyanın "Barselona" komandasının yetirməsidir. O ilk dəfə 2004-cü ildə əsas komandanın heyətində çıxış edib. Messi “Barselona” ilə birlikdə 35 titula sahib olub. Hücumçu altı dəfə "Qızıl top"a sahibi olub. O, ötən mövsümdə İspaniya çempionatının 35 matçında iştirak edərək, 30 qol vurub və 9 məhsuldar ötürmə edib.

Son xəbərlər

Orphus sistemi