Messi İspaniyanın ötən ay üzrə ən yaxşı futbolçusu elan edildi

Messi İspaniyanın ötən ay üzrə ən yaxşı futbolçusu elan edildi İspaniyanın "Barselona" futbol komandasının hücumçusu Lionel Messi fevral ayının nəticəsinə əsasən La Liqanın ən yaxşı oyunçu elan edilib
Futbol
6 Mart , 2021 03:56
Messi İspaniyanın ötən ay üzrə ən yaxşı futbolçusu elan edildi
Lionel Messi

İspaniyanın "Barselona" futbol komandasının hücumçusu Lionel Messi fevral ayının nəticəsinə əsasən La Liqanın ən yaxşı oyunçu elan edilib.

Bu barədə “Report” La Liqanın rəsmi saytına istinadən xəbər verir.

Otuz üç yaşlı argentinalı futbolçu fevralda keçirilən beş matçda yeddi qol vurub, iki məhsuldar ötürmə edib. Messi İspaniya çempionatının ən yaxşı bombardirləri siyahısında birinci yerdədir, onun hesabında 19 qol var.

Messi İspaniya çempionatında ümumilikdə 508 matç keçirib, 463 qol vurub və 202 məhsuldar ötürmə edib.

Son xəbərlər

Orphus sistemi