Bakı. 1 iyun. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun futbolçuları Lionel Messi, Neymar və Luis Suares birlikdə yeni rekorda imza atıblar. "Report"un məlumatına görə, futbolçular İspaniyada ən çox qol vuran üçlük adını qazanıblar.
İspaniya Kral kubokunun finalında "Atletiko" (Bilbao) ilə qarşılaşan kataloniyalıların hücumçuları rəqib qapısından 3 (3:1) top keçirməklə bu rəqəmi 120-yə çatdırıblar.
Qeyd edək ki, bundan öncə həmin rekord Madrid "Real"ının futbolçuları Kriştiano Ronaldu, Kərim Benzema və Qonzalo İquaniə məxsus idi.