Messi La Liqada yeni uğura imza atdı

Messi La Liqada yeni uğura imza atdı İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi yeni uğura imza atıb
Futbol
171
8 Fevral , 2021 09:10
Messi La Liqada yeni uğura imza atdı
Lionel Messi

İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi yeni uğura imza atıb.

"Report"un məlumatına görə, 34 yaşlı hücumçu La Liqada ehtiyatdan oyuna girdikdən sonra vurulan qolların sayına görə "Real Sosyedad"ın sabiq üzvü Oskar de Paula çatıb.

Argentinalı oyunçu bunu XXII turda "Betis"lə səfər matçında gerçəkləşdirib. O, 57-ci dəqiqədə Rikard Puçun yerinə matça girib və iki dəqiqə sonra fərqlənib.

Messi bu göstəriciyə görə 27 qolla 2-3-cü yerləri bölüşdürür. İlk sırada isə "Barselona"nın keçmiş hücumçusu Xulio Salinas (28 qol) qərarlaşıb.

Qeyd edək ki, "Barselona" "Betis"i 3:2 hesabı ilə məğlub edib.

Son xəbərlər

Orphus sistemi