Messi karyerasında 700-cü qolunu vurub

Messi karyerasında 700-cü qolunu vurub Futbol üzrə Argentina yığmasının və Barselonanın hücumçusu Lionel Messi karyerasında 700-cü qolunu vurub.
Futbol
1 İyul , 2020 01:38
Messi karyerasında 700-cü qolunu vurub

Futbol üzrə Argentina yığmasının və "Barselona"nın hücumçusu Lionel Messi karyerasında 700-cü qolunu vurub.

“Report” xəbər verir ki, hücumçu İspaniya La Liqasının 33-cü turunun Madrid "Atletiko"su ilə matçında 11 metrlik cərimə zərbəsini səhvsiz yerinə yetirib. 

Qeyd edək ki, hazırda matçın 2-ci hissəsi gedir. “Barselona” 2:1 hesabı ilə öndədir. 

Messi "Barselona"da keçirdiyi 724 matçda 630 qol vurub. Onun hesabında həmçinin Argentina yığması heyətində 138 matçda 70 qol var.

33 yaşlı Messi "Barselona" İspaniyanın cari çempionatının 28 matçında 22 qol vurub, 17 məhsuldar ötürmə edib. Oyunçunun klubla müqaviləsi 2021-ci ilin yayına qədər qüvvədədir.

Onun aktivində həmçinin Çempionlar Liqasının altı matçında iki qol və üç məhsuldar ötürmə var. 

Son xəbərlər

Orphus sistemi