Messi karyerasının başa çatacağı barədə sualı cavablandırıb

Messi karyerasının başa çatacağı barədə sualı cavablandırıb Fransanın “Pari Sen-Jermen” (PSJ) futbol komandasının argentinalı hücumçusu Lionel Messi 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatından sonra karyerasını bitirməsi ilə bağlı sualı cavablandırıb.
Futbol
2 Noyabr , 2021 06:49
Messi karyerasının başa çatacağı barədə sualı cavablandırıb
Lionel Messi

Fransanın “Pari Sen-Jermen” (PSJ) futbol komandasının argentinalı hücumçusu Lionel Messi 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatından sonra karyerasını bitirməsi barədə sualı cavablandırıb.

"Report" xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb.

"Bu barədə düşünmürəm. Başıma gələn hər şeydən sonra gündən-günə, ildən-ilə hərəkət edirəm. Dünya çempionatında və ondan sonra nə olacağını bilmirəm", - Messi deyib.

Qeyd edək ki, avqustun 10-da PSJ Lionel Messi ilə müqavilə imzaladığını rəsmən elan edib. Müqavilə 2023-cü ilə qədər qüvvədədir. Fransanın "L equipe" nəşrinin məlumatına görə, argentinalı birinci ildə 30 milyon avro qazanacaq. Məbləğ yaxın iki ildə bonus sayəsində 10 milyon avro artacaq.

Messi Kataloniya klubunun yetirməsidir. O, 2004-cü ildə əsas komandada debüt edib. Hücumçu komanda ilə birlikdə 35 titula sahib olub. Forvard 6 dəfə “Qızıl top”u qazanıb. Messi ötən mövsüm İspaniya çempionatında 35 matçda iştirak edib, 30 qol vurub və 9 məhsuldar ötürmə edib.

“Pari Sen-Jermen”in hücumçusu daha əvvəl İspaniyanın "Barselona" klubuna idman direktoru kimi qayıtmaq istədiyini bildirib.

Son xəbərlər

Orphus sistemi