Messi Çempionlar Liqasının favoritlərini açıqlayıb

Messi Çempionlar Liqasının favoritlərini açıqlayıb Fransa PSJ-sinin futbolçusu Lionel Messi Çempionlar Liqasının əsas favoritlərini açıqlayıb.
Futbol
2908
23 Noyabr , 2021 16:22
Messi Çempionlar Liqasının favoritlərini açıqlayıb
Lionel Messi

Fransa PSJ-sinin futbolçusu Lionel Messi Çempionlar Liqasının əsas favoritlərini açıqlayıb.

"Report"un məlumatına görə, 34 yaşlı hücumçu Avropanın ən nüfuzlu klub turnirini qazanmağa təkcə hazırkı komandasının qadir olmadığını bildirib.

"Çoxları düşünür ki, PSJ əsas favoritdir. İnkar etmirəm, kağız üzərində əsas iddiaçılardan biri bizik. Lakin hələ yolun başlanğıcındayıq. Oynamalı və əsl komanda olmalıyıq. Bu hədəfə çatmaq üçün sərəncamımızda dünyanın ən yaxşı futbolçuları var" deyə argentinalı forvard vurğulayıb.

Onun fikrincə, kubok uğrunda mübarizə aparmağa qadir olan digər komandalar da var: "Çempionlar Liqası çox çətin və xüsusi yarışdır. Həmişə burada yalnız ən yaxşılar oynayırlar. Hazırda "Liverpul" çox yaxşıdır və vaxtilə Çempionlar Liqasını qazanmış komanda kimidir. Habelə, "Real Madrid", "Mançester Siti", "Bavariya" və "Atletiko" var. Çoxlu komanda mövcuddur".

Qeyd edək ki, bu mövsüm Lionel Messi PSJ-də 9 oyuna 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi