Messi Çempionlar Liqasını qazana biləcək favoritlərini açıqlayıb

Messi Çempionlar Liqasını qazana biləcək favoritlərini açıqlayıb "Bu gün ən yaxşılar "Mançester Siti" və PSJ-dir"
Futbol
12 Fevral , 2018 07:33
Messi Çempionlar Liqasını qazana biləcək favoritlərini açıqlayıb

Bakı. 12 fevral. REPORT.AZ/ "Barselona"nın hücumçusu Lionel Messi Çempionlar Liqasında qələbə uğrunda mübarizədə "Mançester Siti" və PSJ-ni Kataloniya klubu üçün əsas rəqib adlandırıb.

“Report” xəbər verir ki, onun sözlərini "Mirror" sitat gətirir.

"Mançester Siti" PSJ kimi ən güclü komandalardan biridir. Mən, eləcə də, keyfiyyət və təcrübə baxımından "Real"ı da istisna etmirəm, baxmayaraq ki, onlar gözlənilən nəticəyə nail ola bilməyiblər.

Bir də "Bavariya" var — sona qədər oynayacaq başqa bir əla komanda. Lakin bu gün ən yaxşılar "Mançester Siti" və PSJ-dir".

Son xəbərlər

Orphus sistemi