Messi Çempionlar Liqasında daha bir nailiyyətə imza atıb

Messi Çempionlar Liqasında daha bir nailiyyətə imza atıb İspaniya Barselonasının futbolçusu Lionel Messi Çempionlar Liqasında ardıcıl 15 mövsümdə qol vuran ilk futbolçu adına yiyələnib.
Futbol
24 Oktyabr , 2019 10:23
Messi Çempionlar Liqasında daha bir nailiyyətə imza atıb

İspaniya "Barselona"sının futbolçusu Lionel Messi Çempionlar Liqasında ardıcıl 15 mövsümdə qol vuran ilk futbolçu adına yiyələnib. 

"Report"un məlumatına görə, 32 yaşlı hücumçu yeni nailiyyətə Çexiyada "Slaviya" ilə III tur qarşılaşmasının 3-cü dəqiqəsində imza atıb.  

Messi ilk dəfə 2 noyabr 2005-ci ildə Yunanıstan "Panatinaikos"una 5:0 hesabı ilə qalib gəldikləri görüşdə fərqlənib. Hazırda aktivində 113 qolu olan argentinalı forvard yalnız Ronaldudan (127 qol) geri qalır. 

Qeyd edək ki, Lionel Messi bu mövsüm Çempionlar Liqasında ilk qolunu "Slaviya"nın qapısından keçirib. Hazırda "Barselona" F qrupunda 7 xalla liderdir. 

Son xəbərlər

Orphus sistemi