Messi "Çelsi" ilə oyunda karyerasının ən erkən qolunu vurub

Messi "Çelsi" ilə oyunda karyerasının ən erkən qolunu vurub O, start fitindən 2 dəqiqə 8 saniyə sonra fərqlənib
Futbol
602
15 Mart , 2018 07:10
Messi Çelsi ilə oyunda karyerasının ən erkən qolunu vurub

Bakı. 15 mart. REPORT.AZ/ "Barselona" futbol üzrə Çempionlar Liqasının 1/8 finalının cavab matçında "Çelsi"ni (3:0) qəbul edib.

“Report” xəbər verir ki, kataloniyalıların forvardı Lionel Messi matçın ilk dəqiqələrində dəqiq zərbə ilə komandasını hesabda irəli çıxardıb.

Argentinalı futbolçu start fitindən 2 dəqiqə 8 saniyə sonra fərqlənib. Bununla da o, "Barselona" və Argentina yığması ilə iştirak etdiyi bütün rəsmi görüşlərdə ən erkən qoluna imza atmış olub.

Son xəbərlər

Orphus sistemi