Messi bir komandada ən çox qol vuran futbolçuların siyahısında ikinci pilləyə yüksəlib

Messi bir komandada ən çox qol vuran futbolçuların siyahısında ikinci pilləyə yüksəlib Bakı. 13 noyabr. REPORT.AZ/ Argentina millisinin və İspaniyanın Barselona klubunun futbolçusu Lionel Messi Almaniya yığmasının sabiq hücumçusu Gerd Müllerə məxsus olan rekordu yeniləyib.
Futbol
13 noyabr 2018 08:39
Messi bir komandada ən çox qol vuran futbolçuların siyahısında ikinci pilləyə yüksəlib

Bakı. 13 noyabr. REPORT.AZ/ Argentina millisinin və İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi Almaniya yığmasının sabiq hücumçusu Gerd Müllerə məxsus olan rekordu yeniləyib.

"Report" "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı forvard İspaniya La Liqasının XII turunda evdə "Betis"ə 3:4 hesabı ilə məğlub olduqları matçda 2 dəfə fərqlənməklə buna nail olub. Messi Kataloniya təmsilçisinin heyətində 566-cı qoluna imza ataraq, bir komandada ən çox qol vuran futbolçuların siyahısında ikinci pilləyə yüksəlib.

Gerd Müller isə Almaniyanın "Bavariya" klubunun heyətində 565 qola imza atıb.

Qeyd edək ki, siyahıya Braziliya yığmasının əfsanəvi futbolçusu Pele başçılıq edir. O, ölkəsinin "Santos" klubunun heyətində 643 qol vurub. İtaliyanın "Yuventus" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu isə İspaniya "Real Madrid"ində vurduğu 450 qol ilə siyahıda beşinci pillədədir. 

Son xəbərlər

Orphus sistemi