Messi “Barselona”nın futbolçularını danlayıb

Messi “Barselona”nın futbolçularını danlayıb İspaniya təmsilçisi “Barselona”nın kapitanı Lionel Messi komanda yoldaşlarını danlayıb.
Futbol
23 Sentyabr , 2019 14:21
Messi “Barselona”nın futbolçularını danlayıb

İspaniya təmsilçisi “Barselona”nın kapitanı Lionel Messi komanda yoldaşlarını danlayıb.

“Report” “Cadena COPE”yə istinadən xəbər verir ki, 32 yaşlı hücumçu La Liqanın V turunda səfərdə “Qranada”ya 0:2 hesabı ilə uduzduqları matçda oyunçuların çıxışından narazı qalıb.

Argentinalı forvardın paltardəyişmə otağında “Barselona”nın futbolçularını sərt şəkildə tənbeh etdiyi bildirilir.

Qeyd edək ki, zədə səbəbindən mövsümün əvvəlindəki görüşləri buraxan Messi, “Qranada” ilə qarşılaşmada ikinci hissədə meydana daxil olub. “Barselona” 5 turdan sonra 7 xalla 8-ci yerdədir. 

Son xəbərlər

Orphus sistemi