Messi "Barselona" ilə müqaviləsini uzadacaq

Messi "Barselona" ilə müqaviləsini uzadacaq İspaniya Barselonası yaxın vaxtlarda komandanın kapitanı Lionel Messi ilə müqavilənin bütün detallarını razılaşdıracaq.
Futbol
226
17 İyun , 2020 15:43
Messi Barselona ilə müqaviləsini uzadacaq
Lionel Messi

İspaniya "Barselona"sı yaxın vaxtlarda komandanın kapitanı Lionel Messi ilə müqavilənin bütün detallarını razılaşdıracaq. 

"Report" "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı argentinalı hücumçunun yeni sözləşməsi 2023-cü ilə qədər hesablanacaq, amma 1+1 sxeminə əsasən bağlanacaq. Yəni, müqavilənin bitməsinə bir il qalmış Messi gələcəyini müəyyənləşdirəcək. 

Qeyd edək ki, Lionel Messinin hazırkı sözləşməsi 2021-ci ilin yayında başa çatacaq. Ulduz futbolçu 2000-ci ildə Kataloniya təmsilçisinin akademiyasına qoşulub və 2003-cü ildən əsas komandada çıxış edir.

Son xəbərlər

Orphus sistemi